-
Çöplərin sayına uyğun ədədləri dəftərdə yazın.
-
Ədədləri onluq və təkliklərinə ayırmaqla ədəd üçlüyündə təsvir edin.
-
Rəqəmləri eyni olan bir neçə ikirəqəmli ədəd yazın.
Bu ədədlərdə neçə onluq və təklik olduğunu qeyd edin.
-
Anar yumurtaları 10 yerlik qutulara
yığdı. 3 qutu dolduqdan sonra səbətdə 8
yumurta artıq qaldı. Əvvəl səbətdə nə
qədər yumurta vardı?
-
İkirəqəmli ədəddə 3 təklik var. Onluqların
sayı təkliklərin sayından 1 vahid çoxdur.
Bu hansı ədəddir?
-
Aynur fikrində ikirəqəmli ədəd tutdu. Bu
ədədin rəqəmlərinin cəmi 3-ə bərabərdir.
Bunlar hansı ədədlər ola bilər?