Ədədləri yazmaq üçün rəqəmlərdən istifadə edilir.
Rəqəmlər bunlardır: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9.
İki rəqəmlə yazılan ədədlər ikirəqəmli ədədlərdir.
İkirəqəmli ədədlərdə sağdan birinci rəqəm
təkliklərin, ikinci rəqəm isə onluqların sayını göstərir.
Məsələn, 47 ədədində 4 onluq və 7 təklik var.