Tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kub əlavə etmək, yaxud
götürmək lazımdır? Dəftərdə uyğun misalları yazın.
Masanın ətrafına qonaqlar üçün 12 stul düzülmüşdü. Hamı əyləşəndən sonra
3 stul boş qaldı. Masa arxasında neçə qonaq əyləşdi?
Uşaqlar meşəyə göbələk yığmağa
getdilər. Samir Səbinədən 4 göbələk
çox yığdı. Samir 12 göbələk yığdısa,
Səbinə neçə göbələk yığmışdı?
Səbətdə 17 yumurta vardı. Birinci
yumurta qutusunda 4, ikincidə isə 5
yer boşdur. Əsmər nənə yumurtaları
boş yerlərə yığandan sonra səbətdə
neçə yumurta qalar?