Məsələ həlli
Bəzi misalların cavabları səhv yazılıb. Səhvləri düzəldin. Toplama, yaxud çıxma ilə cavabınızı yoxlayın.
Lalə bağçadan dərdiyi çiçəklərdən 7-sini Aynura verdi. Qalan 9 çiçəyi isə güldana qoydu. Lalə neçə çiçək dərmişdi?
Səhər mağazada 15 qutu çay var idi. Günortayadək 7 qutu satıldı. Satıcı 9 qutu qaldığını düşündü. O, düzgün düşünürmü? Bunu necə yoxlamaq olar?
Oyun
“Ədəd üçlüyünü tamamla”
Oyunçu sayı: 2 və ya daha çox
Ləvazimat:
Şəkildəki nümunəyə uyğun vərəqlər
“Tam” və “Hissə” sözləri yazılmış kartların hərəsindən 10 ədəd:
“Hissə” yazılmış 10 kartın arxasına 1-dən 10-a qədər ədədlər yazılır.
“Tam” yazılmış 10 kartın arxasına 11-dən 20-yə qədər ədədlər yazılır.
Oyunun qaydası:
Kartlar üzüaşağı düzülür və qarışdırılır.
Hər oyunçu bir “Tam” və bir “Hissə” yazılmış kart açır.
Oyunçular tamın digər hissəsini müəyyən edirlər.
Vərəqdə ədəd üçlüyü və uyğun misallar yazılır. Düzgün və tez yazan oyunçu qalib gəlir.