Verilmiş ədədlərdən tam və onun hissələrini əmələ gətirən ədəd üçlüyünü
müəyyən edin. Ədəd üçlüyündən istifadə edərək toplama və çıxmaya aid
uyğun misallar yazın.
Tərəzinin hər iki gözündə eyni əşyadan bərabər sayda olarsa,
tərəzinin gözləri bərabərləşər.
Sağ gözdən 3 kub götürdükdə tərəzinin gözləri bərabərləşər.
Kubları əlavə etməklə bu tərəzinin gözlərini
necə bərabərləşdirmək olar? Uyğun misalı yazın.
Tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kub götürmək və ya
əlavə etmək lazımdır? Boş xanalara uyğun ədədləri yazın.