Lövhədə 10-a qədər azaltmaqla bəzi misallar səhv həll edilib. Səhvləri tapın və düzgün hesablayın.
Sinifdə 11 şagird şahmat dərnəyinə gedir. Musiqi dərnəyinə gedən şagirdlərin sayı isə onlardan 6 nəfər azdır. Neçə şagird musiqi dərnəyinə gedir?
Gecə dayanacaqda 14 maşın var idi. Gündüz onlardan bir neçəsi çıxdı və 7-si qaldı. Dayanacaqdan neçə maşın çıxmışdı?
Anarın bacısının 12 yaşı var. Anar bacısından 6 yaş kiçikdir. Anarın neçə yaşı var?
Elxan və Aynur hərəsi bir ədəd söylədi. Elxanın dediyi ədəd Aynurun dediyindən 7 vahid çoxdur. Aynur hansı ədədi söylədi?