- Boş xanalarda hansı ədədlər olmalıdır?
- Göy və qırmızı dairələrin ümumi sayını 10-a tamamlamaqla tapın.
Uyğun misalları yazın.
- 10-a tamamlamaqla cəmi tapın.
-
Gülsümün 5 şarı var idi. Kloun ona 9 şar da verdi.
Gülsümün cəmi neçə şarı oldu?
-
Qatarda 8 vaqon var idi. Ona 9 vaqon da qoşdular.
Qatarda cəmi neçə vaqon oldu?
-
Lalə 8, Samir isə 7 alma dərdi.
Lalə almalarının neçəsini Samirə versə,
Samirdə 10 alma olar?
Lalədə neçə alma qalar?