Qruplaşdırma – əşyaların müəyyən əlamətlərə görə bir qrupda birləşdirilməsi.
Müqayisə (etmək) – iki qrupdakı əşyaların hansının az, çox və ya eyni sayda olduğunu müəyyən etmək.
Müqayisə işarələri – müqayisə olunan ədədlər arasında yazılan simvol.
Sıfır – olmayan əşyaların sayı. “0" kimi yazılır.
Sıra sayı – əşyanın, yaxud insanın sırada
neçənci olduğunu bildirir.
Məsələn: birinci, ikinci, üçüncü.
Sıra – müəyyən qayda ilə ardıcıl düzülüş.
Sıralama – ədədlərin kiçikdən böyüyə və ya böyükdən kiçiyə olmaqla sıraya düzülməsi.
Onluq – 10 təklik. 10-dan böyük ədədin yazılışında sağdan ikinci rəqəm.
12 ədədi 1 onluq və 2 təklikdən ibarətdir.
Təklik – ədədin yazılışında sağdan birinci rəqəm.
Toplama – bir əşya qrupuna müəyyən sayda əşyanın əlavə edilməsi.