Aynur səbətə 3 göbələk qoydu. Səbətdə 7 göbələk oldu.
Əvvəlcə səbətdə neçə göbələk var idi? Ədəd üçlüyündən istifadə etməklə bu məsələni necə həll etmək olar?
• Məchul toplanan
• Məchul çıxılan
• Məchul azalan
Ədəd üçlüyündən ikisi verilibsə, üçüncünü tapmaq olar. Tapılması lazım olan ədəd məchul adlanır.
Məchul toplananı tapmaq üçün cəmdən digər toplanan çıxılır.
Məchul çıxılanı tapmaq üçün azalandan fərq çıxılır.