b) Çıxma əməli vasitəsilə cavabları yoxlamaqla səhvləri tapın.
Məsələ həlli
Aynur bağçada 6 qırmızı, 4 sarı gül saydı. O, cəmi neçə gül saydı?
Tapdığınız cavabı çıxma əməli vasitəsilə yoxlayın.
Səbinənin 8 gülü var. Onlardan 5-i qırmızı, qalanları isə sarı rəngdədir.
Səbinənin neçə sarı gülü var? Tapdığınız cavabı toplama əməli vasitəsilə
yoxlayın.
Ayazın 3 konfeti vardı. O, konfetləri Səbinə ilə bölüşdü. Çoxunu Səbinəyə
verdi, qalanını isə özünə saxladı. Ayaz özünə neçə konfet saxladı?