-
Çiçəklərə 8 kəpənək qondu. Onlardan
5-i uçub getdi. Neçəsi qaldı?
-
Anar basketbol səbətinə top atırdı.
O, 5 cəhddən 4-ündə hədəfdən yayındı.
Anar topu neçə dəfə səbətə sala bildi?
-
Samir 3 addım geri gedərsə,
kimin yanına çatar?
Uyğun misal yazın.
Şəklə əsasən bir neçə sual
verin.
-
Aynur bağdan 5 alma və 7 armud dərdi.
Almalar armudlardan neçə dənə az idi?
-
Lalə və Anar basketbol səbətinə 5 dəfə top atdılar. Lalə 2, Anar isə 3 dəfə
hədəfdən yayındı.
- Lalə səbətə topu neçə dəfə saldı?
- Anar səbətə topu neçə dəfə saldı?
- Kim qalib gəldi?