-
Fikirləri tamamlayın.
Yuvada
... quş var idi.
... quş uçdu.
... quş qaldı.
-
Altı arıdan ikisi uçdu.
Neçəsi qaldı?
-
Anarın 5 konfeti var idi. O, ikisini yedi. Neçəsi qaldı?
Məsələnin həlli hansı onluq çərçivəyə uyğundur?
-
Əşyalar qrupundan bir neçəsini ayırdıqda (çıxdıqda)
qalan əşyaların sayını geri saymaqla tapmaq olar.
Bunu ədəd oxunda belə göstərmək olar:
7-dən 2 vahid geri saydıqda 5 alınır. Deməli, 7-dən 2 vahid kiçik ədəd 5-dir.
-
Ədəd oxunda geri saymaqla uyğun ədədləri tapın.
a) 5-dən 3 vahid kiçik
b) 7-dən 4 vahid kiçik
c) 9-dan 6 vahid kiçik