Qatar gedir sola, sağa,
Çınqıl düşür bizim dağa,
Əmim oğlu, Sultan ağa,
Gəlin gedək oynamağa,
Oynamağın vaxtıdı,
Qızılgülün baxtıdı,
Ix, nıx, çıx.
Həyətdə 4 uşaq gizlənqaç oynayırdı. Hər sanamanın sonunda bir nəfər çıxdı. Sona qalan gözlərini yumdu. Çıxan uşaqlar isə gizləndilər.
• Neçə uşaq gizləndi?