Üç ədədin cəmini daha tez tapmaq üçün əvvəlcə asan toplanan
iki ədədin cəmi tapılır.
Sonra isə bu cəmin üzərinə
üçüncü ədəd əlavə edilir.
Cəmi asan üsulla hesablayın.
Məsələ həlli
10 top var. Onlardan neçəsi səbətin içindədir?
Aynurun 3 qələmi var. Anarın qələmlərinin sayı onun qələmlərinin sayının
ikiqatıdır. Anarın neçə qələmi var?
Oyun
“Kim tez hesablayar”
Yoldaşınla eyni vaxtda bir əlinin ixtiyari
sayda barmağını aç. Açılmış barmaqların
ümumi sayını kim tez söyləsə, o da udur.
Oyunu bir neçə dəfə təkrar edin.