-
Samir və Səbinə 3 peçenyeni necə bölüşə
bilərlər? Uyğun ədəd üçlüklərini yazın.
-
Anar bağdan 2, Aynur isə 3 alma
dərdi. Onlar almaları bir qaba
qoysalar, neçə alma olar?
-
Elxan dostlarını ətrafına toplayıb maraqlı hekayə danışırdı. Onların sayı Elxanla
birlikdə 4 nəfər idi. 2 nəfər də onlara qoşuldu. Birlikdə neçə uşaq oldu?
-
Anarın 3 oyuncaq maşını var idi.
Ad günündə ona 4 oyuncaq maşın da bağışladılar.
Anarın neçə oyuncaq maşını oldu?
-
Aynur yayda kəndə getmişdi. O, dərman
çiçəklərindən əvvəl 6, sonra isə 3 dəstə
bağladı. Aynur çiçəklərdən cəmi neçə
dəstə bağladı?