-
Səbinə və Anar həyətdə ağac əkirlər.
Ağacların sayına hansı ədəd üçlüyü uyğundur?
Açar sözlər
- əlavə etmək
- artırmaq
- toplamaq
-
Uşaqlar futbol oynayırdılar. Onlara 2 nəfər də qoşuldu. Uşaqların ümumi
sayı neçə oldu? Uyğun ədəd üçlüyünü yazın.
-
Həyətdə 3 uşaq gizlənqaç oynayırdı. Onlara 2-dən çox, 4-dən az sayda uşaq
qoşuldu. Birlikdə neçə uşaq oldu?