İş masasında kiçik şəkillər olur. Onlar simgə adlanır. Siçanı hərəkət
etdirdikcə ekranda balaca ox işarəsi yerini dəyişir. Ona siçanın göstəricisi
deyilir.
Fəaliyyət
Kompüteri işə saldıqdan sonra siçanı hərəkət etdirin və
monitorda onun göstəricisini izləyin.
Şəkildə göstərilən ardıcıllıqla kompüteri söndürün.