Xarab telefon. Bir neçə yoldaşınızla yan-yana dayanın. Birinci dayanan ikincinin qulağına yavaşca sadə bir cümlə söyləyir. İkinci həmin cümləni üçüncüyə, o isə özündən sonrakına pıçıldayır. Sonuncu dayanan cümləni ucadan söyləyir. Əgər cümlə dəyişməyibsə, deməli, “telefon yaxşı işləyir”.