Hər qarışqanın öz evciyi var. Qırmızı və yaşıl qarışqa hündür evcikdə, yaşıl və boz qarışqa isə enli evcikdə yaşayır. Yaşıl qarışqanın evciyi hansıdır?
Yoldaşınıza bir əşyanın adını söyləyin. O isə daha ağır əşya adı deməlidir. Siz də öz növbənizdə, onun dediyindən də ağır əşya adı tapmalısınız. Növbəti əşyanın adını söyləyə bilməyən uduzur.
“Ağır - yüngül”, “Böyük - kiçik” və “Uzun - qısa” bölmələrində verilmiş tapşırıqları yerinə yetirin.