Aşağıda “Mikki Maus” filmindən siçanın bir hərəkəti və duruşu təsvir olunub. Onun hərəkətini və mimikasını təkrar edin.
Nöqtələrin yerinə uyğun sözlər artırmaqla cümlələri tamamlayın.
Cizgi filmini yaratmaq üçün
- ... hazırlanır.
- ... şəkil çəkirlər.
- ... kompüterin köməyi ilə canlandırılır.
- ... heyvanların danışığını səsləndirirlər.
Bu heyvanı tanıyırsınızmı?
Sizcə, bu heyvan karate döyüş hərəkətləri edə bilərmi? Aşağıdakı mətni oxusanız, bu suala cavab tapacaqsınız.
KUNQ-FU USTASI PANDA
Yəqin ki, bir çoxunuz “Kunq-fu ustası Panda” cizgi filminə baxmısınız. Yadınızdadırmı, uşaqların sevimlisi olan kök, yöndəmsiz Panda necə ustalıqla döyüşür? Gəlin görək bu film necə yaranıb.
Əvvəlcə rəssamlar kunq-fu ustalarının döyüş hərəkətlərini izləyiblər. Sonra bu hərəkətləri edən panda obrazı yaradıblar. Beləliklə, ilk eskizlər hazır olub.