Bır kəndli zəmidə taxıl biçirdi. Yorulub əldən duşdu. Oturub dincəlmək istədi. Çox ac idi. Bağlamasını açıb yeməyə başladı. Elə bu vaxt meşədən bir Canavar çıxdı. Gördü ki, kolların yanında bir kəndli oturub nəsə yeyir. Canavar ona yaxınlaşdı və soruşdu:
- Nə yeyirsən?
- Çörək, - deyə kəndli cavab verdi.
- Mənə də bir az ver, dadına baxım.
- Buyur!
Kəndli çörəkdən bir parça kəsdi və Canavara verdi. Çörək Canavarın çox xoşuna gəldi. O dedi:
- Mən də hər gün çörək yemək istəyirəm. Onu necə tapa bilərəm? Bəlkə, sən bilirsən?
Əkinçi dedi:
- Yaxşı, mən sənə çörəyi əldə etməyin yolunu deyərəm.