Bir gün dəhşətli ildırım çaxdı. Meşə birdən-birə alovlanmağa başladı. İnsanlar qorxub mağarada gizləndilər.
Uzaqda görünən alov Domrulu çox maraqlandırdı. O, gizlicə meşəyə yaxın getdi. Bir neçə yanan budaq götürüb mağaraya gətirdi. Odun üstünə quru budaqlar atdı. İnsanlar tonqalın istisinə qızındılar, Bundan sonra tonqalı sönməyə qoymadılar. Gecələr növbə ilə keşik çəkir, tonqalın üstünə budaqlar atırdılar.
Bir gecə keşikçilər yatıb yuxuya getdilər və od söndü. Onda Domrul qabağına quru çör-çöp yığdı. İki daş götürüb onları bir-birinə vurmağa başladı. Daşlardan çıxan qığılcım quru çöpləri alışdırıb yandırdı. Hamı Domrulun ağlına heyran oldu.