Sevilgilin bağındakı tut ağacının altında su quyusu vardı. Quyunun suyu çoxdan qurumuşdu.
Məstan quyunun yanında atılıb-düşürdü. Birdən onun gözünə bir sərçə I sataşdı. Sərçə ağacın budağına qonmuşdu. Məstan sərçəni tutmaq istədi. Ağaca tullandı. Lakin mayallaq aşıb quyuya düşdü.
Sevil qışqırdı: - Kömək edin, Məstan quyuya düşdü!
Nənə deyindi: - Az atılıb-düşəydi.
Amma nənə ürəyində Məstanın halına acıdı.
Köməyə gələn qonşular quyunun başına yığışdılar.
Heyvanlara verilən adların ilk hərfi həmişə böyük yazılır: