fəsil
4
ÇAĞIRIR VƏTƏN!
Açar sözlərdən istifadə edərək şəkli təsvir edin.
Fəslin adını oxuyun və onu izah edin.
AÇAR SÖZLƏR: qəhrəman, əsgər, ordu, düşmən, vətən, qorumaq
Söz boğçası
- niyyət
- qəm
- ordu
- fəxr etmək
- işğal etmək
Nəyə görə Mübariz İbrahimov kimi qəhrəmanlarımızla fəxr edirik?
Şeiri oxuyun. Suallara cavab verin.
ÇAĞIRIR VƏTƏN!
Çağırır Vətən,
İstəyir kömək!
Onu düşməndən
Qorumaq gərək!
Kim pis niyyətlə
Gəlsə ölkəmə,
Bu torpaq onu
Batırar qəmə!
Abdulla Şaiq
- Şeirin adı nədir?
- Müəllifi kimdir?
- Müəllif kimi köməyə çağırır?
Sözlərin yazılışı
Doğru |
Yanlış |
kömək |
köməy |
torpaq |
torpax |
Şeirdə qafiyələnən sözləri seçib dəftərinizə köçürün.
Bir neçəsini də özünüz əlavə edin.
İşğal altında olan rayonlarımız haqqında araşdırma aparın.
Həmin yer adlarını dəftərinizdə yazıb təqdim edin.