Biz hansı dildə danışırıq? Başqa hansı dilləri tanıyırsınız? Biz nə üçün danışdığımız dilə “ana dili” deyirik?
Şeiri oxuyun. Şeirin hansı bəndi şəklə uyğundur?
ANA DİLİM
Ana dilim bal kimi,
Danışmaqdan doymurar
Mən onu neçə dilin
İçində qoruyuram.
Anamın laylasıyla
Mən boy atıb böyüdü
Onun şirin diliylə
Fərəhlənib öyündüm.
Çoxlu nağıl söyləyib
Nənəm bu dildə mənə.
Əlifbanı öyrəndim
Mən sevinə-sevinə.
Çox sevirəm yurdumun
Bayrağını, himnini.
Mən sevirəm anamı,
Həm də ana dilimi.
Mina Rəşid
Aşağıdakı misraları izah edin.
Mən onu neçə dilin
İçində qoruyuram.
Söz boğçası
- layla
- boy atmaq
- fərəhlənmək
- öyünmək
Hansı bənddə qafiyələnən sözlər ad bildirir?
Aşağıdakı laylanı oxuyun. Suallara cavab verin.
A laylay, gülüm, laylay,
Gülüm, bülbülüm, laylay.
Böyü, sənin sayəndə
Mən də bir gülüm, laylay.
- Laylada ana balasına necə müraciət edir? Ona nə arzu edir?
- Hansı misrada “gülüm” hərəkət bildirir?
Ana və nənələrinizdən laylalar öyrənib dəftərinizə yazın.