fəsil
2
XƏYAL DÜNYASI
Kitabların cildlərinə baxın. Bu nağıllar haqqında bildiklərinizi danışın.
Uçan xalça, sehrli çıraq, Simurq quşu nağıl qəhrəmanlarına necə kömək edirlər?
Bu mətn nağıl qəhrəmanlarına kömək etmək istəyən qız haqqındadır.
Sizcə, o buna necə nail ola bilər?
Aylinin nənəsi hər axşam ona nağıl danışırdı. Artıq Aylinin sevimli nağıl qəhrəmanları var idi.
Çox istəyirdi ki, onlar çətinliyə düşəndə köməyə çatsın. Arzulayırdı ki, uçan xalçası və sehrli çubuğu olsun.
Bir gün yuxudan oyananda gördü ki, yatağının qarşısında gözəl bir xalça var. Xalçanın üzərində isə sehrli çubuq par-par parıldayırdı.
Sizcə, Aylin sehrli əşyaları ilə Göyçək
Fatmaya necə kömək edəcək?
Bəs siz hansı nağıl qəhrəmanına kömək etmək istəyərdiniz?
Bunu necə edərdiniz?