Şəkillərin ardıcıllığını müəyyənləşdirin və mətni nəql edin.
Alma ağacının təsvirlərini bu oxuduğunuz mətnlərin adları ilə uyğunlaşdırın.
Bozqulağın
yeni dostu
Bozqulağın payız
qayğıları
Bozqulağın
yay günləri
Bozqulağın
bahar sevinci
Cümlələrin ilin hansı fəsillərinə aid olduğunu müəyyən edin.
Yarpaqlar saralır.
Ağaclar çiçək açır.
Adamlar dənizdə çimirlər.
Qar yağır.
Quşlar isti ölkələrə uçub gedirlər.
“Ən çox sevdiyim fəsil” mövzusunda fikirlərinizi yazın.
Aşağıdakı suallardan istifadə edin.
İlin hansı fəsilləri var?
Mən hansı fəsli daha çox sevirəm?
Sevdiyim fəslin hansı əlamətləri var?
Nəyə görə bu fəsli daha çox sevirəm?