Bozqulaq çox kədərli idi. Burnunu pəncərənin şüşəsinə söykəmişdi. Bu zaman pəncərəyə ağappaq qar dənəsi qondu. Bozqulaqdan soruşdu:
- Sən niyə qəmginsən?
Bozqulaq cavab verdi:
- Şirincə soyuqdan büzüşüb. Ayı, Kirpi yatıb. İndi mən kiminlə oynayım?
- Eybi yox. Biz sənə kömək edərik.
- Siz?
- Hə, mən və başqa qar dənələri. Çıx bayıra. Gəl bizdən özünə “dost” düzəlt. Adını da qoy Qaradamı.
Bozqulaq sevindi və özünü bayıra atdı. O, qar dənələrinin arasında ora-bura qaçır, onları yumrulayıb üst-üstə qoyurdu. Birazdan Qaradamı hazır idi.
- Salam, dost, - Bozqulaq dedi.
- Salam. Çox sağ ol. Məni düzəltdin. Amma elə bil nə isə çatışmır.
Bozqulaq indi başa düşdü ki, Qaradamına burun qoymağı yaddan çıxarıb. Tez evə qaçdı. Yekə bir yerkökü gətirib dostuna bağışladı. Onlar çox xoşbəxt idilər.
Sevinc Nuruqızı