Bozqulaq alma ağacının altında oturub tökülən sarı yarpaqları sayırdı.
- Bir, iki, üç, dörd, ... .Belə getsə, ağac tamam çılpaq qalacaq. Bozqulaq həyəcanla Şirincəyə dedi:
- Sən xəstələnmisən? Yarpaqların sapsarı olub tökülür.
Şirincə güldü:
- Ay səni, Bozqulaq! Mən sağlamam. Bu boyda dövşansan, bilmirsən ki, payız gəlib.
- Payız gəlib?
- Hə. Görmürsən, quşlar da uçub isti ölkələrə gedirlər.
- İsti ölkələrə gedirlər? Quşlara bir bax...
Bozqulaq bunu deyib evə qaçdı.
Evdə anasına dedi:
- Ana, ay ana, bir pəncərədən bax. Payız gəlib, quşlar uçub isti ölkələrə gedirlər. Gəl biz də çıxıb gedək. Yoxsa soyuqdan donarıq.
Anası güldü:
- Heç böyüməmisən. Quşlar payızda uçub gedir, baharda qayıdırlar. Dovşanlar isə qışda kürklərini dəyişib daha isti və qalın kürk geyinirlər. Ona görə də soyuqdan donmurlar.