Artıq yay gəlmişdi. Bozqulaq uzun yay günlərini maraqlı keçirirdi. Kirpi ilə oynayır, ayı üçün balıq tuturdu.
Bir gün Bozqulaq çəmənlikdə oynayırdı. Ətrafda rəngbərəng kəpənəklər uçurdu.
- Ah, bunlar necə də gözəldir! Bozqulaq kəpənəktutanı götürüb onların dalınca qaçdı.
- İstəyirəm sizi tutum. Mən sizi evimizdə saxlayacağam. Sizə yerkökü və kələm verəcəyəm. Elə dadlıdır ki...
Amma kəpənəklər sürətlə uçur, Bozqulağa gülürdülər. Birdən Şirincənin səsi eşidildi:
- Ey dost, bəsdir boş yerə qaçdın... Sənin yerkökün onlara lazım deyil. Onlar güllərin şirəsi ilə qidalanırlar. Yaxşısı budur, mən səni almalarıma qonaq edim.
Şirincə silkələndi və yerə çoxlu alma töküldü. Bozqulaq Şirincəyə təşəkkür etdi. Kəpənəktutanı almalarla doldurub sevinclə dostlarının yanına yüyürdü. Hamı dadlı almaya qonaq oldu...