Günlərin bir günü meşədə güclü yağış yağır. Heyvanlar gizlənməyə yer axtarırlar. Qarışqa balaca bir göbələk görüb onun altında gizlənir.
Aradan bir az keçmiş su içində büzüşmüş Sərçə onlara yaxınlaşır. Qarışqa onu da yanlarına çağırır.
Nəhayət, Dovşan da onlara qoşulur. Hamısı birlikdə yağış kəsənə kimi göbələyin altında gizlənir.
Bir az sonra yaxınlıqda qanadları islanmış Kəpənək görünür. Kəpənəyə yazığı gələn Qarışqa yanında ona da yer verir.
Birazdan yağış kəsir. Göy üzündə Günəş görünür. Heyvanlar sevinclə göbələyin altından çıxırlar. Əvvəl kiçicik olan göbələk indi xeyli böyümüşdü... Onlar bunun necə baş verdiyini anlamırlar. Bəs siz necə? Bu sualın cavabını bilirsinizmi?
Vladimir Suteyev