“Göbələk” şeirini tapmaca ilə müqayisə edin. Bu şeirdə hansı yeni məlumatlarla rastlaşdınız?
Şair göbələyi nəyə bənzədir?
Verilmiş sözləri cədvəl üzrə qruplaşdırın.
yağış, papaq, çimmək, zəhərli, səbət, doldurmaq, ağ, gətirmək
ad bildirən sözlər |
əlamət bildirən sözlər |
hərəkət bildirən sözlər |
|
|
|
Misraların sonundakı hansı sözlər oxşar səslənir?
Dağlarda qar əriyib
Qarışanda sellərə,
Çimib yaz yağışında
Səpələn bu çöllərə.
Bunları bilməliyik
Şeir, bənd, qafiyə