rəng dost gözəl yavaş |
yoldaş qəşəng asta boya |
Doğru | Yanlış |
kəpənək | kəpənəy |
parabüzən | parabizən |
al-əlvan | aləlvan |
çanaq | çanax |
uca şir birdən böyük
Aşağıdakı cümlələri davam etdirərək nağıl qurun və danışın.
Biri var idi, biri yox idi, bir fil var idi. Filin xortumu çox uzun idi. Hərəkət edərkən ona mane olurdu. ...
Bir gün ulaqla zebr rastlaşdılar. Ulaq zebrə dedi:
“Sənin nə gözəl zolaqların var. Amma mən ...”
Bir gün dəvə öz-özünə düşündü: “Görəsən, niyə mənim belim əyridir?” ...
Bayquş yalnız gecələr yuvasından çıxırdı. Gündüzlər isə həsrətlə başqa quşların səsinə qulaq asıb düşünürdü: “Kaş mən də işıqda görə biləydim”. ...