1. İlbizin çanağı qırılmışdı. | ||
2. Dostları İlbizi Tırtılın yanına apardılar. | ||
3. Tırtılın yanına gedəndə güclü yağış yağdı. | ||
4. Rənglənmiş çanaq İlbizin xoşuna gəlmədi. | ||
5. İlbiz çanağına girib yağışdan qorundu. | ||
6. İlbiz başa düşdü ki, çanağın da faydası var. |
İlbizlərin bədəni bərk çanaq içərisində yerləşir. Təhlükə olanda baş və ayaqlarını da çanağın içərisinə çəkirlər.
Onlar həm quruda, həm də suda yaşayırlar. Çox soyuq havada donurlar. Çox isti havada isə quruyurlar. İlbizin çanağı onları donmaqdan və qurumaqdan qoruyur.
İlbiz buynuzcuqları ilə həm görür, həm də qoxu hiss edir. İlbizlər daha çox ot ilə qidalanırlar. Bəzən ət də yeyirlər.