Hansı səma cisimlərini görmüsünüz?
Onlar haqqında bildiklərinizi danışın.
Şeir və hekayə şəklində olan mətnlər arasındakı uyğunluğu müəyyənləşdirin.
Sözlərin yazılışı
Doğru |
Yanlış |
təbiət |
təbiyət |
rəng |
rənk |
yanaq |
yanax |
şimşək |
şimşəy |
qövs |
qöfs |
bulud |
bulut |
RƏSSAM GÜNEŞ
Şeir
Rəssam günəş ertə durdu,
Təbiətə min rəng vurdu.
Fırçasını çəkdi dağa,
Göy dənizə, yaşıl bağa,
Gah soluna, gah sağına,
Uşaqların yanağına.
Günəş gözəl bir rəssamdır,
Hər tərəfə rəngi çatdı.
Elə ki gördü axşamdır,
Dağ dalına enib yatdı.
Xanimana Əlibəyli
Nağıl
- Günəş fırçasıyla dağı, dənizi,
bağları, uşaqların yanağını
boyayır.
- Günəş axşamlar dağların
arxasına keçib yuxuya gedir.
- Günəş yuxudan oyanan kimi
təbiəti rəngləməyə başlayır.
- Günəş gözəl rəssamdır. Hər tərəfi
boyamaq üçün rəngləri var.
“Rəssam günəş” şeirinə çəkilmiş şəkildə hansı misralar təsvir olunub?