İsti ölkələrdə maraqlı bir ağac bitir. Bu ağac “çörək ağacı” adı ilə tanınır. Meyvəsi sarı və ya açıq-yaşıl rəngdədir. Formasına görə qovuna bənzəyir. Onun tərkibi A və C vitaminləri ilə zəngindir. Əsasən, meyvə salatlarında istifadə edilir. Bişərkən ondan çox gözəl çörək ətri gəlir. Ona görə də bu ağacı “çörək ağacı” adlandırırlar.