Yay idi. Artıq bağda dadlı meyvələr yetişmişdi. Onlar hər gün mübahisə edirdilər. Alça deyirdi:
- Dünyada məndən gözəl meyvə yoxdur. C vitamini ilə zənginəm. Qızdırma xəstəliyinin dərmanıyam.
Gavalı özünü belə tərif edirdi:
- Mənimtək meyvə hanı? Mən həm sarı, həm bənövşəyi, həm də yaşıl rəngdə oluram.
Ərik də lovğalanırdı:
- Mən sizintək turş deyiləm. Bal kimi şipşirinəm. Min bir dərdin dərmanıyam.
Üzüm də özünü tərifləyirdi:
- Meyvələr içində hamıdan faydalıyam. Kişmiş də, bəkməz də məndən hazırlanır.
Axır ki, bağban söhbətə qarışmalı oldu:
- Ay meyvələr, dalaşmayın. Hər birinizin öz dadı, öz faydası var.
Bağbanın bu sözlərindən sonra meyvələr sakitləşdi.
Məhəmməd Füzuli