Heyvanlar səhər idmanı edirdilər.
Təkcə Ayı yuxudan durmaq
istəmirdi. Bir gün belə, iki gün belə...
Dostları onu danlayırdılar:
- Belə olmaz! Günü-gündən
tənbəlləşirsən.
Bir gün meşədə yanğın baş verdi.
Heyvanlar qaçmağa başladılar. Ayı
da yaman qorxmuşdu. Amma
sürətlə qaça bilmirdi. Dostları onu
çayın kənarına gətirdilər.
Meşə kralı Şir dedi:
- Bu sənə dərs olsun! İdmanla
məşğul olsaydın, cəld, çevik olardın.
Özünü də, dostlarını da təhlükəyə
atmazdın.