Şeiri oxuyun.
Şeirdə hansı təhlükə haqqında xəbərdarlıq edilir?
ÇAYDA
İsti havada - yayda
Uşaqlar çimir çayda.
Çimmək hər şeyə dəyər!
Üzmək bilmirsən əgər,
Çox getmə, dərin olar!
Bax təhlükə yaranar!
Xanimana Əlibəyli
Verilmiş şəkilləri şeirlə əlaqələndirin. Onlar haqqında bildiklərinizi danışın.
qolçaq
halqa
xilasedici
jilet
Cümlələri oxuyun. Məlumatların kimə aid olduğunu müəyyən edin.
- Odadavamlı paltar geyinir.
- Dənizdə çimənlərə nəzarət edir.
- Suda batan insanları xilas edir.
- Qorunmaq üçün respirator taxır.
Nöqtələrin yerinə uyğun saitlər əlavə edərək sözləri köçürün.
təm...r, iş...rə, yanğ...n, k...brit, xil...s
Hüsnxət
Ğğ