Hansı təhlükəli hadisə ilə qarşılaşmısınız?
Aşağıdakı şəkillərin ardıcıllığını müəyyən edib hekayə qurun.
Qruplarla iş
Cümlələri oxuyun. Hadisələrin davamını düşünün və danışın.
1-ci qrup:
Süfrədə alma var idi. Aydan bıçaqla almanı kəsmək istədi...
2-ci qrup:
Lalə gəlinciyinin paltarını yumaq istədi. O, paltaryuyan maşını elektrik xəttinə qoşdu.
3-cü qrup:
Ana tavada toyuq qızardırdı. Cavid tavaya yaxınlaşdı...
4-cü qrup:
Aysel eyvanda kukla ilə oynayırdı. Birdən kukla eyvandan aşağı düşdü...
Hansı cümlələrin sonunda
durğu işarəsi yanlış qoyulub?
- Sən hara gedirsən.
- Qapını döyən kimdir?
- Qaz nə vaxt sönüb?
- Hansı bıçaq itidir.
Cümlələrin sonuna uyğun gələn durğu işarəsini müəyyən edib köçürün.
- Paltarı kim ütüləyir
- Bu işarə nə bildirir
- Sobada nə bişir
Hüsnxət
Vv