Evdə böyüklər sizi hansı təhlükələr barədə xəbərdar edirlər?
Şeiri oxuyun. Təhlükə haqqında məlumat verən misralara diqqət edin.
İndi altı yaşım var,
Daha böyük oğlanam.
Bacımla tək qalırıq
İşə gedəndə anam.
Ütü, qayçı, bıçağa
Əlimi uzatmaram.
Oyuncaqla oynasam,
Sonra onu yığaram.
Bilirəm ki, kibritlə
Heç vaxt oynamaq olmaz.
Mətbəxdə qaz yananda
Yanında durmaq olmaz.
Elektrik xəttinə
Gərək dəyməsin əlim.
Bunu mənə öyrədib
Anam, atam, müəllim.
Hüsnxət
Pp
Hansı şəkildəki əşyanın adı şeirdə yoxdur?
Şeir kimin dilindən söylənilir?
Ömərin ailəsində neçə nəfər var?
Aşağıda verilmiş sözləri köçürün.
Saitlərin altından xətt çəkin.
1-ci qrup: sap, usta, albalı, palıd, kibrit
2-ci qrup: köpük, müəllim, ərik, pis, tar
3-cü qrup: limon, arpa, yaşıl, alət, pilləkən
4-cü qrup: mürəbbə, kitab, mart, ip, parta