- Yanğın necə baş verir? - Bunun səbəbləri müxtəlifdir. Məsələn, kimsə qaz sobasını söndürməyi unudur. - Yanğın baş verərsə, nə etmək lazımdır? - Həmin yerdən cəld uzaqlaşın. Sonra isə bu nömrəyə zəng edin: 101
Bu söhbətdə kim sual verir, kim məlumat verir?
Bunları bilməliyik
Cümlənin növləri
Cümlələri oxuyun. Növlərini müəyyən edin.
Meşə yanır.
Onları kim xilas etdi?
Yanğını necə söndürək?
Dəbilqə qoruyucu geyimdir.
Sizcə, hansı kitab yanğın haqqında daha çox məlumat verə bilər?