Cümlələri oxuyun. Şəkillərlə uyğunlaşdırın.
Qaz sobasına yaxın durmayın.
Yad adama qapı açmayın.
Elektriklə oynamayın.
Hüsnxət
Yy
Söz boğçası
işarə
qadağan
təmir
elektrik cərəyanı
İşarələrə aid olan cümlələri oxuyun. Hər bir təhlükə haqqında bildiklərinizi danışın.
Həyətdə it var.
Yol təmir olunur.
Elektrik cərəyanı var.
Şeiri oxuyun. Suallara cavab verin.
UŞAQ VƏ BUZ
Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq.
Sürüşdü birdən-birə,
Düşdü üz üstə yerə.
Mirzə Ələkbər Sabir
Uşaq hara gedirdi
O nə üçün yıxıldı?