Özünüzü təqdim edəndə hansı məlumatları verirsiniz?
Ramin haqqında məlumatları oxuyun.
Onun suallarına cavab verin.
Söz boğçası
məlumat
soyad
təqdim etmək
Mənim soyadım nədir?
Mən neçənci sinifdə oxuyuram?
Mənim neçə yaşım var?
Hobbim nədir?
Mənim ailəm neçə nəfərdən ibarətdir?
A-dı:
Ra-min
So-ya-dı:
Hə-sən-li
Ya-şı:
6
A-i-lə-si:
a-ta, a-na, ba-cı, nə-nə, ba-ba
Sin-fi:
bi-rin-ci
Hob-bi-si:
pazl yığ-maq
Dost-la-rı:
Ə-li, Zə-ri-fə, Sol-maz
Heca sayı eyni olan sözləri tapın.
Cütlərlə iş
Yoldaşınızdan məlumat toplayın.
Aşağıdakı suallardan istifadə edin.
Neçə yaşın var?
Ailənizdə kimlər var?
Qardaşının və ya bacının adı nədir?
Neçə yaşı var?
Hobbin nədir?
Dostunun adı nədir? Neçə yaşı var?
Hüsnxət
Rr