Sarayın üzərində memarın adı — «Ustad Abbasqulu» yazılmışdır.
Görkəmli türk şairi Nazim Hikmət yazmışdır: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi”.
XVIII əsrdə Bakıda İçərişəhər qala divarları daxilində, Şamaxı darvazası yaxınlığında əzəmətli saray kompleksi inşa olunmuşdur. 1764-cü ildə İrəvan şəhərində yerləşən Göy məscid, eləcə də Sərdar sarayı İrəvan xanı Hüseynəli xan Qacar tərəfindən inşa etdirilmişdir.