Azərbaycanın şimal torpaqlarında, Xəzərsahili vilayətlərdə Quba xanlığından başqa, Dərbənd, Bakı və Lənkəran xanlıqları yaranmışdı.
Xəzərin sahilində yerləşmələri bu xanlıqların siyasi və iqtisadi həyatına necə təsir göstərirdi?
|
Bakı xanlığı. Müstəqil Bakı xanlığının əsasını yerli feodallardan olan Mirzə Məhəmməd xan qoydu. Xanlığın ərazisi Abşeron yarımadası və Bakı şəhərini əhatə edirdi. Mirzə Məhəmməd xan öz
hakimiyyəti dövründə təsərrüfatın inkişafı, Bakı qalasının möhkəmləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirdi. Bakı Yaxın və Orta Şərqin mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri kimi tanınırdı. Liman şəhəri olan Bakı dəniz ticarəti sahəsində məşhur idi. Xarici ticarət, xüsusilə neft, duz və zəfəran ixracı xanlığın əsas gəlir mənbəyini təşkil edirdi.
1767-ci ildə Bakı Quba xanlığından asılı vəziyyətə düşdü.