Bu dövrə qədər yalnız öz müstəqilliyini qoruyub saxlamaq uğrunda mübarizə aparan Şamaxı xanlığı artıq qonşu xanlıql arı öz hakimiyyətinə tabe etməyə çalışırdı.
XVIII əsrin sonlarında Şamaxı xanlığının siyasi vəziyyətində yaranmış bu yüksəlişi nə ilə izah etmək olar? |
Gəncə xanlığı. Xanlığın yaranması və ərazisi. Gəncə xanlığının əsasını Qacar tayfasının Ziyadoğlular nəslindən olan Şahverdi xan qoymuşdu. Gəncə ərazi baxımından strateji mövqedə yerləşməklə yanaşı, həm də beynəlxalq ticarətin mərkəzlərindən biri idi. Ona görə də Gəncə daim qonşu dövlətlərin hücumlarına məruz qalırdı.
Gəncə xanlığının ərazisini xəritədə göstərin və həmsərhəd olduğu dövlətləri müəyyən edin. |