Xanlığın yaradılması. İkihakimiyyətlilik. XVIII əsrin ortalarında köhnə və yeni Şamaxıda müstəqil xanlıqlar yarandı. Köhnə Şamaxıda Sərkarlar sülaləsinə mənsub Məhəmmədsəid xan və Ağası xan qardaşları, Yeni Şamaxıda isə Hacı Məhəmmədəli xan öz hakimiyyətlərini qurdular.
İkihakimiyyətlilik Şamaxı xanlığının siyasi və iqtisadi həyatına necə təsir göstərirdi? |
İkihakimiyyətliliyin mövcud olması Şamaxı xanlığının siyasi və iqtisadi vəziyyətinə mənfi təsir göstərirdi. Qüvvələrin pam çalanması xanlığın xarici hücumlardan müdafiə olunmasını çətinləşdirirdi. Şamaxı ərazisinə hücum edən qonşu xanlara qarşı mübarizə aparmaq mümkün olmurdu. Bu, az imiş kimi, Şamaxı xanlığında köhnə və yeni Şamaxının xanları da bir-birinə qarşı mübarizə aparırdılar.
1763-cü ildə Məhəmmədsəid xan Hacı Məhəmmədəli xanı məğlub edərək Yeni Şamaxını ələ keçirdi. Beləliklə də, Şamaxı xanlığında ikihakimiyyətliliyə son qoyuldu. Sərkarlar sülaləsinin idarə etdiyi vahid Şamaxı xanlığı yarandı.
Azərbaycan torpaqlarını birləşdirmə siyasəti yeridən Quba xanı Fətəli xan Şamaxını da Quba xanlığına birləşdirmişdi. Şamaxı xanları uzun müddət Quba xanlığının tabeliyindən çıxmaq üçün mübarizə aparsalar da, xanlıq 1789-cu ilə — Fətəli xanın ölümünə qədər, əsasən, Quba xanlığının tərkibində olmuşdur.
Fətəli xanın ölümündən sonra müstəqil olan Şamaxı xanlığında 1789-1792-ci illərdə hakimiyyət uğrunda mübarizə başladı.
1792-ci ildə hakimiyyətə Mustafa xan gəldi. Bundan sonra Şamaxı xanlığında sabitlik yarandı və Şamaxı Azərbaycanın ən güclü xanlıqlarından birinə çevrildi.