Ərazi və təsərrüfat. Xanlıq Zəngəzurdan Araz çayı vadisinə qədər olan əraziləri əhatə edirdi. Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edən Naxçıvan xanlığı İrəvan, Qarabağ, Xoy və Maku xanlıqları ilə həmsərhəd idi.
Naxçıvan xanlığının təbii-coğrafi şəraiti təsərrüfata, əhalinin məşğuliyyətinə və ictimai həyata mühüm təsir göstərirdi. Xanlığın ərazisinin müəyyən hissəsi dağlıq olduğu üçün təsərrüfatda maldarlıq mühüm rol oynayırdı. Su çatışmazlığı əkinçiliyin inkişafına mane olurdu. Buna baxmayaraq, əkinçilik bölgənin ənənəvi təsərrüfat sahəsi olaraq qalırdı.
"Susuz şoran çöllər, müxtəlif formada olan dağ qayalıqları, dərə-təpəli sahələr, gözəl otlaq yerləri, düzənliklər, saysız-hesabsız vadilər və dərələrdən axan, yayda tamamilə quruyan dağ çayları Naxçıvanın xarici aləmini özündə əks etdirir ”.
Sergey Zelinski. “Yelizavetpol quberniyası Zəngəzur qəzasında dövlət
kəndlilərinin iqtisadi həyatı”
Mənbə əsasında cavablandırın:
Naxçıvanın təbii-coğrafi şəraiti
təsərrüfata necə təsir göstərə bilərdi?
Siyasi vəziyyət. Feodal ara müharibələri, xarici işğallara qarşı mübarizə, daxili saray çəkişmələri Naxçıvan xanlığının siyasi vəziyyətinə təsir göstərirdi. Xanlığın siyasi tarixini iki dövrə bölmək olar.