İrəvan xanlığında sənətkarlıq və ticarətin inkişafının səbəbi nə olmuşdur? |
İrəvan xanlığına hücumlar. İrəvan xanlığı strateji-coğrafi mövqeyə malik olduğu üçün qonşu dövlətlərin hücumlarına məruz qalırdı. 1779-cu ildə gürcü çarı II İrakli İrəvan xanlığına hücum edərək onun ərazisinin bir hissəsini — Şörəyeli işğal etdi.
Səfəvilər dövlətində Qərbi Azərbaycan torpaqları, əsasən, hansı bəylərbəyiliyin tərkibində idi? |
Tiflisdəki rus qoşununun başçısı polkovnik S.Burnaşev Peterburqa yazmışdı: “İrəvan şəhəri Azərbaycana məxsus olduğundan Osmanlı sultanı onun heç zaman Gürcüstanın tabeliyinə verilməsinə razı olmayacaqdır. Sultan Ərzurum paşasına və digər həmsərhəd paşalara rus qoşunlarına qarşı çıxmağı əmr etmişdir. Qarabağlı İbrahimxəlil xan və digər Azərbaycan xanları İrəvanı gürcülərin işğalından xilas etmək üçün birləşmişlər ”.
Məktub Rusiya Dövlət Hərbi Tarix Arxivində saxlanılır.
İrəvan xanlığı müxtəlif dövrlərdə gürcü çarından, Qarabağ və Xoy xanlıqlarından asılı vəziyyətə düşmüşdü. 1783-cü ildə gürcü çarı Rusiyanın himayəsini qəbul etdi. Bundan sonra gürcü çarının İrəvana və digər Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti fəallaşdı. Bu isə İrəvan xanlığını Osmanlı dövləti ilə yaxınlaşdırdı.
İrəvan xanlığı Osmanlı dövləti ilə nə üçün yaxınlaşdı? |
1795-ci ildə Ağa Məhəmməd xan Qacarın yürüşündən sonra İrəvan xanlığı ondan asılı vəziyyətə düşdü.
Naxçıvan xanlığı. XVIII əsrin ortalarında Azərbaycanda yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı olmuşdur. Xanlığın əsasını yerli Kəngərli tayfasının başçısı Heydərqulu xan (1747— 1763) qoymuşdu.